• şənbə, 20 Aprel, 06:30
  • Baku Bakı 14°C

Neftin qiyməti bu ilin sonuna doğru və gələn ilin əvvəlindən bahalaşmağa başlayacaq

06.08.16 18:31 796
Neftin qiyməti bu ilin sonuna doğru və gələn ilin əvvəlindən bahalaşmağa başlayacaq
Qlobal bazardakı təklif çoxluğu və azalan tələbata baxmayaraq neftin qiyməti bu ilin sonuna doğru və gələn ilin əvvəlindən bahalaşmağa başlayacaq.
AZƏRTACxəbər verir ki, bu sözləri mərkəzi ofisi Londonda yerləşən müstəqil araşdırma şirkəti "Capital Economics”in mütəxəssisi Tomas Puq deyib. O bildirib ki, "qara qızıl”ın qiyməti bu ilin əvvəlindəki kimi 30 dollar/barrelə düşməyəcək.
İyulun əvvəlindən indiyədək neftin qiymətinin 15 faizdən çox ucuzlaşdığını deyən T.Puq buna Kanadadakı meşə yanğınlarının söndürülməsi ilə bu ölkənin neft istehsalının gündəlik orta hesabla 1 milyon barrel artaraq köhnə səviyyəsinə qayıtması, həmçinin Liviyada əsas limanlardan gündəlik orta hesabla 900 min barrel neft ixrac edilməyə başlanmasının təsir etdiyini deyib.
"Neft bazarı bu ilin sonunda özünü kompensasiya etməlidir. Keçən ildən bu vaxtadək qeyri-OPEC ölkələrinin ümumi təklifi gündəlik orta hesabla 1 milyon barreldən çox azalıb. Qlobal neft tələbi də həmin dövrdə bir o qədər artıb. Neftin qiymətinin bu ilin əvvəlindəki kimi 30 dollar/barreldən aşağı düşməsini proqnozlaşdırmırıq. "Layt” və "Brent” markalı xam neftlərinin barrel qiymətlərinin bu ili 45 dollar səviyyəsində tamamlamasını gözləyirik. 2017-ci ilin sonunda isə qiymətlərin 60 dollaradək bahalaşacağını təxmin edirik”, - deyə T.Puq əlavə edib.
banner

Oxşar Xəbərlər