• cümə, 19 Aprel, 08:39
  • Baku Bakı 13°C

Neftin qiyməti 2009-cu ilin rekordunu yeniləyib

03.12.16 10:30 947
Neftin qiyməti 2009-cu ilin rekordunu yeniləyib
Dünya birjalarında neftin bahalaşması davam edir.
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,62 dollar artaraq 51,68 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,52 dollar artaraq 54,46 dollar olub.
Brent markalı neftin qiymətində 2009-cu ildən etibarən rekord artım müşahidə olunur. Həftə ərzində Brent markalı neft 12,3%, WTI isə 11,4% bahalaşıb. Neftin ucuzlaşdıran başlıca amil OPEC-ə üzv olan ölkələrin neftin hasilatının azaldılması ilə bağlı əldə etdiyi razılıqdır.
banner

Oxşar Xəbərlər