AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Neftçi”yə məğlubiyyətdən sonra 6 min manat cərimə

“Neftçi”yə məğlubiyyətdən sonra 6 min manat cərimə

İdman
02 Noyabr 2012, 16:20 1113
AFFA İntizam Komitəsi Zaqatalanın “Simurq” klubunu 6 min manat cərimələyib. Belə ağır cəza Topaz Premyer Liqasının XI turunda “Neftçi”yə qarşı oyunda baş verənlərlə bağlı olub.
Matç ərzində “Simurq”un 4 futbolçusu sarı vərəqə alıb. Bu səbəbdən, klub min manat ziyana düşüb. 1:2 hesabı ilə uduzduqları qarşılaşmadan sonra isə Zaqatala təmsilçisinin meneceri Zöhrab Əliyev hakimlərə qarşı təhqiredici hərəkətə yol verib. Ona 5 oyunluq cəza, klubuna 5 min manat cərimə kəsilib.

“Bakı” və “Rəvan” da min manat cərimələnib. Buna hər iki komandanın 4 futbolçusunun müvafiq olaraq, AZAL və “Turan”la görüşlərdə sarı vərəqə almaları səbəb olub.