• cümə, 19 Aprel, 17:33
  • Baku Bakı 25°C

“Neftçi”nin sabiq baş məşqçisi Kamili niyə cəzalandırıb?

10.06.20 14:37 764
“Neftçi”nin sabiq baş məşqçisi Kamili niyə cəzalandırıb?
Çexiyanın "Bohemians” klubunun sabiq qapıçısı Kamil Çontofalski pivə içdiyinə görə aldığı cəza barədə danışıb.
Kaspi.az xəbər verir ki, K amili həmin vaxt "Bohemians”da baş məşqçi olan Vlastimil Petrjela cəzalandırıb. Petrjela bir müddət "Neftçi”ni də çalışdırıb. Kamil hadisəni belə şərh edib:
"Səhv etmirəmsə, "Boheminas”da ikinci ilim idi. Hələ gənc idim. Oyundan əvvəl kiçik paltardəyişmə otağındayıq. Otaqda xeyli adam var.
Vlastimil Petrjela otağa daxil olur və deyir: "Burda spirtli içki iyi gəlir. Hiss edirəm ki, kimsə içib”.
Bir gün əvvəl istirahət verildiyi üçün futbolçular restoranlarda olmuşdular. Mən də 4 bakal pivə içmişdim. Amma axşam saat 11-də artıq evdə idim.
Petrjela qəzəblidir. Köməkçisi Boroviçka mənə yaxınlaşır və deyir: "Aydındır, bu, Kamildir”. Şokdayam, nə baş verdiyini anlamıram. Petrjela məni otaqdan qovdu və dedi: "Get. Sənin bu komandada işin bitdi”.
Buna görə 200 min kron ödədim. Həmin vaxt bu, Çexiya futbolu üçün ən böyük cərimə sayılırdı. Ona qədər ən böyük cərimə 50 min kron olmuşdu. Məvacibim də cəmisi 40 min kron idi. Belə deyək, həmin vaxt həyatımın ən bahalı pivəsini içmişdim”.
banner

Oxşar Xəbərlər