AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Neftçi”nin rəqibinin düşərgəsində konflikt

“Neftçi”nin rəqibinin düşərgəsində konflikt

İdman
26 Noyabr 2012, 13:35 1337
İtaliyanın “İnter” futbol komandası daxilində münaqişə baş verib. Lent.az-ın “La Gazzetta dello Sport”a istinadən verdiyi məlumata görə, hollandiyalı yarımmüdafiəçi Uesli Sneyder ona təklif olunan yeni müqavilə ilə qane olmayıb.

28 yaşlı oyunçu əmək haqqının azlığından şikayətlənib. Bu səbəbdən, onunla klub rəhbərliyi arasında konflikt yaranıb. Sneyder 2009-cu ildən “İnter”də çıxış edir. O, 116 oyuna 22 qol vurub. Qışda komandanı tərk etmə ehtimalı yaranan futbolçu ilə “Milan” maraqlanır.

Qeyd edək ki, “İnter” klubu Avropa Liqasının qrup mərhələsində son oyununu dekabrın 6-da “Neftçi”yə qarşı keçirəcək. Oyun Milan şəhərindəki “Cüzeppe Meatsa” stadionunda baş tutacaq.