AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Neftçi”nin qapıçısını söyən futbolçuya sərt cəza

“Neftçi”nin qapıçısını söyən futbolçuya sərt cəza

İdman
30 Noyabr 2012, 17:12 1616
Serbiyanın “Partizan” klubunun futbolçusu Aleksandr Mitroviç 4 oyunluq cəzalandırılıb. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə UEFA İntizam Komitəsi qərar çıxarıb.

Səbəb kimi Mitroviçin noyabrın 22-də “Neftçi” ilə Avropa Liqasının oyunu zamanı qırmızı vərəqə alması göstərilib. Hücumçu flaqmanın qapıçısı Saşa Stamenkoviçi təhqir etdiyi üçün meydandan qovulub. Qərara əsasən, Mitroviç Avroliqanın son turunda Rusiya “Rubin”inə qarşı matçı buraxacaq. Daha 3 oyunluq cəza isə “Partizan”ın iştirak edəcəyi növbəti qitə miqyaslı turnirlərə təsadüf edəcək.

Qeyd edək ki, “Neftçi” – “Partizan” matçında qalib müəyyənləşməyib - 1:1. Qonaqların qolunun müəllifi məhz Aleksandr Mitroviç olub.