AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

"Neftçi" özünə gəldi

İdman
31 Oktyabr 2012, 16:43 1164
Oktyabrın 31-də Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub.
Son oyun günündə daha 4 qarşılaşma baş tutub.
Ötən tur evdə "Qarabağ"ı məğlub edən "Xəzər Lənkəran" bu dəfə Sumqayıta səfər edib. Yunis Hüseynovun komandası "Sumqayıt"la görüşün də əsas favoriti hesab olunurdu. Lakin bu görüşdə qalib müəyyənləşməyib - 1:1.
Bu mövsüm heç də yaxşı günlərini keçirməyən "Qəbələ" səfərdə "Qarabağ"ın qonağı olub. Son turda məğlub olan hər iki komandanın dueli böyük maraq doğururdu. Qəbələ təmsilçisi ilk hissədə vurduğu iki qolla görüşdən qalib ayrılıb - 2:1.
Günün ən maraq doğuran qarşılaşması isə Bakıda keçirilib. Burada son Azərbaycan çempionu "Neftçi" Premyer Liqanın lideri "Simurq"u sınağa çəkib. Ötən tur "Rəvan"a uduzan "Neftçi" lider üzərində qələbə qazanmaqla azarkeşlərini sevindirib - 2:1.

Premyer Liqa, XI turun oyunları

“Sumqayıt” – “Xəzər Lənkəran” - 1:1
Qollar: Aftandil Hacıyev, 53 (1:0), Kazım Kazımlı, 74 (1:1)

“Neftçi” – “Simurq” - 2:1
Qollar: Nikolas Kanales, 8-pen (1:0), 34 (2:0), Ruslan Poladov, 48 (2:1)

“Qarabağ” – “Qəbələ” - 1:2
Qollar: Rəşad Abdullayev, 32 (0:1), Luis Haulo Hilario, 34 (0:2), Muarem Muarem, 59 (1:2)

“Turan” – “Rəvan” - 2:2
Qollar: Murad Ağakişiyev, 24 (1:0), Nemanya Vidakoviç, 77 (1:1), 81 (1:2), Aleksandr Kurstkeviç, 90+4 (2:2)

AZAL – “Bakı” - 2:1
Qollar: Lukas Mario Horvat, 9 (0:1), Viktor İqbekoyi, 39 (1:1), Junior Nildo, 76 (2:1)

“İnter” – “Kəpəz” - 3:1
Qollar: Elxan Əzizov, 5 (0:1), İrbahima Niasse, 38 (1:1), 45 (2:1), Baçana Sxadadze, 55 (3:1)

Turnir cədvəli


İnter 10 5 4 1 11-5 19
Simurq 11 5 4 2 13-6 19
AZAL 10 4 4 2 16-10 16
Neftçi 8 5 0 3 15-10 15
Turan 11 4 2 5 12-15 14
Qarabağ 11 3 5 3 13-13 14
Rəvan 11 3 4 4 12-14 13
Xəzər Lənkəran10 3 4 3 13-9 13
Qəbələ 11 3 4 4 11-13 13
Sumqayıt 11 3 3 5 10-18 12
Bakı 9 1 6 2 8-8 9
Kəpəz 11 2 2 7 8-21 8

Bombardirlər:
Franko Nildo (AZAL) - 8 qol
Juan Manuel Varea (Rəvan) - 5 qol
Zohair Benouahi (AZAL) - 4 qol
Nikolas Kanales (Neftçi) - 4 qol
Riçard Almeyda (Qarabağ) - 4 qol
Manuel Skarlatake (Xəzər Lənkəran) - 3 qol
Marçin Burxardt (Simurq) - 3 qol
Mario Bojiç (Simurq) - 3 qol
Salif Ballo (Turan) - 3 qol
Pərdis Fərcad Azad (Sumqayıt) - 3 qol