AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Neftçi” – “Rubin” matçının baş hakimi açıqlandı

“Neftçi” – “Rubin” matçının baş hakimi açıqlandı

İdman
05 Noyabr 2012, 13:18 1521
“Neftçi” klubunun futbol üzrə Avropa Liqasında Rusiyanın “Rubin” komandası ilə Bakıda keçirəcəyi oyunun baş hakimi müəyyənləşib.

UEFA-nın rəsmi saytında verilən məlumata görə, noyabrın 8-də baş tutacaq qarşılaşma portuqaliyalı referi Manuel Jorje Neves Moreyra de Souzaya həvalə olunub.

37 yaşlı ədalət təmsilçisi 2006-cı ildən beynəlxalq oyunlara təyinat alır. Manuel De Souza indiyədək Çempionlar Liqası və Avropa Liqasının təsnifat mərhələlərində 1, Avropa Liqasının qrup mərhələsində 2 oyunu idarə edib. O, idarə etdiyi son 9 matçın 8-də ən azı 1 qırmızı vərəqə göstərib və 4 penalti təyin edib.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Neftçi” – “Rubin” matçı saat 21:00-da başlanacaq.