AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Neftçi” dünya reytinqində 44 pillə irəlilədi

“Neftçi” dünya reytinqində 44 pillə irəlilədi

İdman
03 Dekabr 2012, 16:45 1645
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, 451 komandanın yer aldığı siyahıda 2 Azərbaycan komandası da var.

Siyahıda xeyli vaxtdır ölkəmizi təmsil edən “Neftçi” 44 pillə irəliləyib. 213-cü yerə qalxan çempion 87 xala malikdir. “Ağ-qaralar” Polşanın “Lex”, Zimbabvenin “Dinamo” və Perunun “Real” klubları ilə şərikdir. Bakılıların son 1 ayda arxada qoyduğu klublar arasında Türkiyənin “Trabzonspor” komandası da ver.

“Neftçi”nin Avroliqanın qrup mərhələsindən rəqiblərindən İtaliya “İnter”i 28-ci (194 xal), “Rubin” 72-ci (144 xal), “Partizan” 139-cudur (106 xal).

Digər təmsilçimiz “İnter” 7 pillə irəliləyərək, 420-ci yerə qalxıb - 62 xal.
Siyahıya İspaniya klubları “Barselona” və “Atletiko” başçılıq edir – müvafiq olaraq 345 və 298 xal. Argentinanın “Boka Xuniors” klubu 284 xalla ilk “üçlüy”ü qapayır.