• cümə, 29 Mart, 17:58
  • Baku Bakı 14°C

“Neftçi” darmadağın oldu

28.02.14 17:16 1318
“Neftçi” darmadağın oldu
Futbol üzrə Topaz Premyer Liqasında XXIV turun mərkəzi görüşünə yekun vurulub. “Neftçi” “Bakcell Arena”da lider “Qarabağ”la üz-üzə gəlib.
Oyun qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:1. Hesabı Ağdam komandasının legioneri Leroy Corc açıb. “Qarabağ”ın qalan 3 qolunu Reynaldo Silva vurub. “Neftçi”dən isə Mirhüseyn Seyidov fərqlənib.
63-cü dəqiqədə baş hakim Vüsal Əliyev meydan sahiblərinin futbolçusu Araz Abdullayevə birbaşa qırmızı vərəqə göstərib. Həmin vaxt “Neftçi” 0:2 hesabı ilə geridə olub. Abdullayev meydanı tərk etməmiş “Qarabağ” hücum edərək, daha bir qol vurub. Əliyev əvvəlcə qolu saysa da, sonradan qərarını dəyişdirib.
Bu qələbə sayəsində “Qarabağ” xallarını 49-a çatdıraraq, ən yaxın izləyicisi “Qəbələ”dən 6 xal aralanıb. 3-cü pillədəki “Bakı”nın 41 xalı var. “Neftçi” isə 39 xala malik “İnter”lə birgə 4-5-ci yerləri bölüşdürür.
banner

Oxşar Xəbərlər