• cümə axşamı, 25 aprel, 11:15
  • Baku Bakı 14°C

Neftçalanın sabiq icra başçısı və digər saxlanılan şəxslər məhkəmə qarşısına çıxarılıb

22.02.20 18:00 2531
Neftçalanın sabiq icra başçısı və digər saxlanılan şəxslər məhkəmə qarşısına çıxarılıb
Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev və onunla birgə saxlanılan digər şəxslər məhkəmə qarşısına çıxarılıb.
Trend-in məlumatına görə, hazırda Səbail rayon Məhkəməsində istintaq orqanın onların barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatına baxılır.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları fevralın 20-də Neftçala Rayon İcra Hakimiyyətinin inzibati binasında xüsusi əməliyyat keçirib. Əməliyyat nəticəsində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, icra hakimiyyəti başçısının birinci müavinləri Vurğun Əkbərov, Gültəkin Sadıqova, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimovr rüşvət alma və rüşvət vermə əməllərini törətməkdə şübhəli bilinərək saxlanılıblar.
Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə İsmayıl Məhərrəm oğlu Vəliyev Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
banner

Oxşar Xəbərlər