Neftçalada 6 otaqlı ev yanıb
Neftçalada 6 otaqlı evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə,
Neftçalanın Xol Qaraqaşlı kəndində ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 6
otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 30 kv.m sahədə
yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:39-da
yanğınsöndürənlər tərəfindən söndürülüb.