AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Neft-qaz sektoruna 937,5 milyon manat yönəldilib

Neft-qaz sektoruna 937,5 milyon manat yönəldilib

İqtisadiyyat
29 Mart 2020, 21:37 231
Yanvar-fevral aylarında neft-qaz sektoruna 937,5 milyon manat yönəldilib. Keçən ilin eyni dövrü ilə müqayisədə neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 27,6 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, iki ayda neft-qaz sektorunda 5 milyard 23,8 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin bu sektorunda məhsul istehsalı əvvəlki ilin eyni aylarına nisbətən 1,3 faiz geriləyib. Neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər isə 2,1 faiz azalıb.
Sənaye məhsulunun 68,4 faizi mədənçıxarma sektorunda istehsal edilib. Ötən ay sənaye məhsullarının istehsalçı qiymətləri indeksi yanvarla müqayisədə 91,3 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 89 faiz olub.
Fevralın 1-nə iqtisadiyyatın neft-qaz sektorunda 34,7 min nəfər çalışıb. Yanvarda neft-qaz sektorunda nominal əməkhaqqı isə 3407 manat təşkil edib.