AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Neftin hazırkı qiyməti nə istehsalçılara, nə də istehlakçılara sərf etmir

Neftin hazırkı qiyməti nə istehsalçılara, nə də istehlakçılara sərf etmir

İqtisadiyyat
03 Aprel 2020, 17:45 918
Ekspertlər yaxın günlər ərzində OPEC+ çərçivəsində görüşün keçiriləcəyini proqnozlaşdırırlar
 
ABŞ Prezidenti Donald Trramp aprelin 2-də Səudiyyə Ərəbistanı Vəliəhd Şahzadəsi Məhəmməd bin Salman ilə telefon danışığının ardından, Səudiyyə Ərəbistanı və Rusiyanın neft istehsalını təxminən 10 milyon barel azaldacaqlarını gözlədiyini bildirib. Tpamp Şahzadə Məhəmmədin Rusiya Prezidenti Putin ilə qiymət müharibəsi mövzusunu danışdığını bildirib. O, daha sonra istehsalın azaldılmasının "15 milyon barelə qədər qalxa biləcəyini” ifadə edib.  
Əgər Trumpın bəhs etdiyi 10 milyon barellik azaltma günlük əsasda ediləcəksə, bu, Moskva və Riyadın istehsallarını təxminən  45% azaltmaları mənasını verir. Daha əvvəl görülməmiş olan bu miqdar bazarlarda şübhə ilə qarşılanıb. Qeyd edək ki, xam neft qiymətləri Trampın açıqlamasından və təcili yığıncaq çağırışından sonra 35%-ə qədər yüksəlib. Ancaq Rusiya Prezidenti Putinin spikeri Dmitry Peskov, Rusiya Prezidentinin vəliəhd şahzadə ilə danışmadığını söyləyib. Belə bir məqamda Səudiyyə Ərəbistanının dövlət mediasına görə, Səudiyyə Ərəbistanı Neft İxrac edən Ölkələr Təşkilatını (OPEC) və təşkilata üzv olmayab ölkələri "təcili yığıncağa" çağırıb. Marja.az Səudiyyə Ərəbistanının xəbər agentliyi SPA-ya istinadən xəbər verir ki, neft bazarındakı tarazlığın yenidən təmin edilməsi üçün ədalətli bir razılaşma olmalıdır. Çağırışın Səudiyyə Ərəbistanının bu fövqəladə vəziyyətdə qlobal iqtisadiyyatı dəstəkləmək məqsədilə davam edən səyləri çərçivəsində və ABŞ Prezidenti Donald Trampın xahişinə görə edildiyi qeyd edilib. Xəbərin ardından neft qiymətləri kəskin yüksəlib. Brent neftinin qiyməti 20% bahalaşma ilə 30,75 dolları görüb. ABŞ xam nefti isə 18% bahalaşaraq 25 dollara yüksəlib.
OPEC isə öz növbəsində Səudiyyə Ərəbistanının təşəbbüsü ilə OPEC+ çərçivəsində danışıqlara hazırlıq prosesini işə salıb. Trend-in məlumatına görə, görüş gələn həftə baş tuta bilər. Hazırda bununla bağlı tərəflərlə danışıqlar başlayıb.
Bəs görəsən OPEC+ formatında hansısa toplantının keçirilməsi nə dərəcədə realdır? Vyana sazişinin şərtləri yenidən bərpa oluna bilərmi?
 

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, ABŞ prezidenti Trump-ın söylədiyi kimi hasilatın 15 milyon barelə qədər azaldıması inandırıcı görünümür. Bu o deməkdir ki, iki ölkə öz hasilat həcminin 70 faizindən imtina etməlidir: "İndiki halda bu, ağılabatan deyil. İsətnilən halda, qlobal bazarlar bu iki ölkə arasında müəyyən uzlaşma meylliliyinə müsbət reaksiya verməkdədir. Dünənki açıqlamlardan sonra Brent markalı neft 36 dollara qədər yüksəldi. Şərtləri nəzərə alsaq deyə bilərəm ki, OPEC+ formatında görüşün baştutma ehtimalı çox yüksəkdir. Çünki bütün ölkələr üzrə stoklar tam dolub və neftlə yüklü tankerlər dənizlərdə, okeanlarda gözləməkdədir. Neft sektorunun özünə məxsus xüsusiyyətlərindən biri də odur ki, Səudiyyə Əərəbistanı xaric olmaqla istehsalçı ölkələr neft hasilatını ani qərarla dayandıra bilmir. Dayandırılan neft quyularının bərpası da uzun müddət vaxt alır. Belə bir şəraitdə istehsalın dayandırılmaması bazarda həddindən artıq neft  bolluğuna səbəb olub. Dünya bazarlarında tankerlərin icarə qiyməti də kəskin şəkildə artıb. Ona görə də müəyən bir razılaşmanın əldə olunması gözləniləndir. Artıq bu, zərurətə çevrilib. "Azeri Light” markalı neft 16 dollara qədər ucuzlaşdı ki, bu da onun maya dəyəridən ucuz satılması deməkdir. Yəni ümüumilikdə bütün istehsalçılar üçün kifayət qədər ciddi problemlər yaranıb. Nəzərə almaq lazımdır ki, neft hasil edən ölkələr həm də istehlakçı ölkələrdir. Bu ölkələrin vəziyyətinin psiləşməsi növbəti dövrlərdə digər istehsalçılar üçün problemlər yarad bilər. Çünki alıcılıq qabiliyyəti aşağı düşür. Mövcud neft qiymətləri nə istehsalçılara, nə də istehlakçılara sərf etmir. Bu qiymətlər kifayət qədər ciddi təzyiqlər yaradır. ABŞ və Avropa Birliyi ölkələrində inflyasiya hədəfələrinə nail olmaqla bağlı əsas çətinlik neftin qiymətindən qaynaqlanır. Buna görə də OPEC+ formatında hansısa uzlaşmanın əldə olunacağına dair ümidlər yaranır. Amma OPEC bütövlükdə fəaliyyətini dayandırsa belə, aşağı düşən tələbi kompensasiya edəcək vəziyyətdə deyil. Amma istənilən halda, bu davranışların qlobal bazarlara müsbət təsiri var” .
 
 
İqtisadçı ekspert Pərviz Heydərov söylədi ki, qlobal bazarlarda yaranmış vəziyyət artıq böyük hasilatçı ölkələri də narahat etməyə başlayıb: "Neftin qiymətinin həddən artıq ucuzlaşması dünya iqtisadiyyatı üçün böyük təzyiq və təhlükələr formalaşdırır. Ona görə də ABŞ rəhbərliyi bu istiqamətdə hərəkətə keçdi. Tərəflər arasında qiymətlərlə bağlı müəyyən müzakirələrin aparılması mövcud qiymət səviyyəsinin iqtisadi gücləri narahat etdiyini açıq şəkildə göstərir. Ona görə də OPEC+ formatında təcili toplantının keçirilməsi istisna deyil. Şübhəsiz ki, yaxın günlərdə belə bir görüş baş tutacaq. Amma hansısa razılığın əldə olunmasına dair indidən fikir bildirmək çox çətindir. Mart 6-da Rusiya ilə Səudiyyə arasındakı fikir ayrılığına görə Vyana sazişinin şərtləri pozuldu. Səudiyyə tərəfi hasilatın azaldılmasına dair əvvəlki qərarın nəinki uzadılmasını, hətta hasilatı artırmaq istədiyini bildirdi. Nəticədə 2016-cı ilin ikinci yarısından əldə olunan yekdillik pozuldu. Bu narazılıq isə neftin qiymətinin nəzarətdən çıxması ilə nəticələndi. ABŞ indi dünyanın iki ən böyük hasilatçı ölkələri olan Rusiya ilə Səudiyyə arasında razılığın əldə olunmasına çalışır. Buna nə dərəcədə nail olunacağını indidən söyləmək bir qədər çətindir. Əgər OPEC ölkələri hasilatın azaıldılmasına dair yenidən yekdil qərara gələrsə, qiymətlər 40 dollara qədər qalxa bilər. Qiymətlərin daha baha olması üşün isə koronavirus pandemiyası təhlükəsinin tamamilə aradan qalxması və dünya iqtisadiyyatının aktivliyinin bərpası lazımdır”.
 
Şəbnəm Mehdizadə