• cümə axşamı, 28 mart, 15:58
  • Baku Bakı 16°C

Neft Fondunun icraçı direktoruna yeni müşavir təyin edilib

01.09.20 18:42 752
Neft Fondunun icraçı direktoruna yeni müşavir təyin edilib
Bəhruz BəhramovAzərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib.Bu barədə ARDNF-dən məlumat verilib.
Bəhruz Bəhramov 2016-cı ildən hazırkıtarixədək ARDNF-nin Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsində çalışıb. Daha öncəFondun İnvestisiya və Risklərin idarə edilməsi departamentlərində müxtəlif vəzifələrdə, 2014-2016-cı illər ərzində isə ARDNF-nin Risklərin idarə edilməsi departamentinin direktor müavini vəzifəsində işləyib.
B.Bəhramov Azərbaycan Dövlət İqtisad Universitetində və Fransanın Nitsa-Sofiya Antipolis Universitetində iqtisadiyyat üzrə bakalavr təhsili, Nitsa-Sofiya Antipolis Universitetində maliyyə ixtisası üzrə magistr dərəcəsi alıb.
banner

Oxşar Xəbərlər