• cümə axşamı, 28 mart, 21:01
  • Baku Bakı 13°C

Neft Fondunun ehtiyatları artmağa başladı

20.04.16 18:57 2530
Neft Fondunun ehtiyatları artmağa başladı
Bu ilin 1-ci rübündə Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 2 milyard 23,1 milyon manat, büdcə xərcləri isə 1 milyard 946,7 milyon manat təşkil edib. Fonddan fins.az-a verilən məlumata görə, 3 ay ərzində neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirlər 1 874,3 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 1 869,8 milyon manat, bonus ödənişləri 0,1 milyon manat və tranzit gəlirləri 4,4 milyon manat olub. ARDNF vəsaitini idarə etməklə isə 148,8 milyon manat gəlir əldə edib. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı fondun büdcədənkənar gəliri isə 354,1 milyon manat təşkil edib.
Hesabat dövrü ərzində, ARDNF-nin 2016-cı il büdcəsinin icrası çərçivəsində 1 milyard 660 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 26,5 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 6,3 milyon manat, "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə ARDNF-dən 2,4 milyon manat vəsait ayrılıb. 5 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. “Cənub Qaz Dəhlizi” layihəsi üzrə isə 241,9 milyon manat vəsait ayrılıb. 2016-cı il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 4,6 milyon manat təşkil edib.
2016-cı il aprelin 1-ə fondun aktivləri 2016-cı ilin əvvəlinə (33 574,1 milyon ABŞ dolları) nisbətən 2% artaraq 34 milyard 246 milyon ABŞ dollarına bərabər olub.
banner

Oxşar Xəbərlər