• cümə axşamı, 25 aprel, 23:27
  • Baku Bakı 21°C

Neft bazarında bu il təklif tələbi üstələyəcək - PROQNOZ

07.04.21 12:45 889
Neft bazarında bu il təklif tələbi üstələyəcək - PROQNOZ
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) 2021-2022-ci illərdə neft və digər maye karbohidrogenlər bazarında tələbatın təklifi üstələyəcəyini gözləyir.
"APA-Ecocomics"in EIA-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci ildə neft bazarında gündəlik təklifin 96,68 mln. barel (öncəki proqnoz – 97,1 mln. barel), tələbin isə 97,67 mln. barel (öncəki proqnoz – 97,5 mln. barel) səviyyəsində olacağı proqnozlaşdırılır. Beləliklə, EIA bu il neft bazarında 990 min barel həcmində defisit qeydə alınacağını proqnozlaşdırır.
Bununla yanaşı, qurum 2022-ci ildə neft bazarında təklifin 101,12 mln. barel (öncəki proqnoz – 101,2 mln. barel), tələbatın isə 101,32 mln. barel(öncə ki proqnoz - 101,33 mln. barel təşkil edəcəyini gözləyir.
Beləliklə, EIA gələn il neft bazarında 20 min barel həcmində defisitin qeydə alınacağını proqnozlaşdırır.

banner

Oxşar Xəbərlər