• çərşənbə, 24 Aprel, 19:59
  • Baku Bakı 23°C

Neçə nəfər daimi dövlət təminatında yaşayır?

18.08.17 21:25 1002
Neçə nəfər daimi dövlət təminatında yaşayır?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrində hazırda 1106 nəfər şəxs daimi dövlət təminatında yaşamaqla, stasionar şəraitdə sosial xidmətlərlə təmin olunurlar.
Nazirlikdən Kaspi.az-a verilən məlumata görə, həmin insanlardan 776 nəfəri 18 yaşdan yuxarı şəxslərdir. Onlardan 230 nəfər tənha ahıl və əlilliyi olan vətəndaş Bakının Bilgəh kəndiqəsəbəsində yerləşən Müharibə və əmək əlilləri üçün pansionatda, qalanları isə ruhi-əsəb əlilləri olmaqla nazirliyin psixonevroloji sosial xidmət müəssisələrində yaşayırlar. Nazirliyin Bakının Şağan qəsəbəsindəki 1 saylı və Abşeron rayonunun Saray qəsəbəsindəki 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində isə 330 nəfər uşaq stasionar şəraitdə sosial xidmətlərlə təmin edilirlər.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq son illərdə sosial xidmət müəssisələrində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılmaqla, onlarda təminat səviyyəsi daha da yaxşılaşdırılıb. Eyni zamanda Müharibə və əmək əlilləri üçün pansionatda əsaslı təmir və yenidənqurma işləri aparılmaqla, Pansionat üçün yeni korpus inşa olunaraq istifadəyə verilib. Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində isə sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində uşaqların yaşayışı, reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunmaları üçün nümunəvi şərait yaradılıb.
Qeyd olunanlarla bərabər, sosial xidmət müəssisələrindəki şəxslərin doğma ailə mühitinə qayıtmaları üçün de-institusionalizasiya tədbirləri də davam etdirilir. Bu sahədə aparılan işlər nəticəsində cari ilin ötən dövründə həmin müəssisələrdən 31 nəfər şəxs doğma ailələrinə qayıdıb. Onlardan 18 nəfəri sağlamlıq imkanları məhdud uşaqlar olub.
banner

Oxşar Xəbərlər