AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Nazirlikdən endirimli mallarla bağlı xəbərdarlıq

Nazirlikdən endirimli mallarla bağlı xəbərdarlıq

İqtisadiyyat
17 Sentyabr 2013, 16:10 887
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara endirimli mallar alarkən diqqətli olmağı tövsiyə edib.

İqtisadi İnkişaf Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, məhəllə 2944, M. Hadi və X. Məmmədov küçələrinin kəsişməsində fəaliyyət göstərən fiziki şəxs Nuranə İlqar qızı Səlimovaya məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamlardan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilib.

Mağazanın giriş hissəsində “Endirim 30%-40%” və “Kişi köynəyi 12 manat, 2 alana + 1 hədiyyə” məzmunlu reklamlar yerləşdirilsə də, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi, qiymət kağızlarında onların qiymətinə endirimin tətbiqi barədə heç bir məlumatın (qiymətin) qeyd olunmadığı müəyyən edilib. Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da aşkar olunub.
Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb və Nuranə Səlimova barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.