• cümə, 19 Aprel, 04:23
  • Baku Bakı 18°C

Nazirlikdə yeni xidmət rəisi - Təyinat

01.11.13 09:49 2157
Nazirlikdə yeni xidmət rəisi - Təyinat
APA-nın xəbərinə görə, Dövlət Sosial Müdafiə Fondunun Maliyyə-büdcə şöbəsinin müdiri İdris İsayev nazir Səlim Müslümovun əmi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsinə təyin olunub.
Bir müddət bu vəzifəni icra edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Rauf Tağıyev APA-ya açıqlamasında xəbəri təsdiqləyib. O bildirib ki, 3 ilə yaxındır bu vəzifə nazirlikdə boş qalmışdı: “Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsində 2010-cu ilə kimi Nəbi Şükürlü çalışıb. Amma ondan sonra 3 il müddətində bu vəzifə boş olub. Müvəqqəti olaraq 3 ay ərzində həmin vəzifəyə mən rəhbərlik etmişəm. Lakin sonradan xidmətin rəis müavini olan Məhərrəm Məhərov bu işi müvəqqəti icra edib. Rəis yeri həmişə boş olub və bu vəzifəyə yeni sədr təyin edilib. Hazırda xidmətin rəis müavinləri olaraq həm mən, həm də Məhərrəm Məhərov işimizi davam etdiririk”.
banner

Oxşar Xəbərlər