• cümə, 19 Aprel, 18:12
  • Baku Bakı 24°C

Nazirlik: Poliklinikalar koronavirusla mübarizəyə qoşulandan sonra xəstəxanaların işi daha səmərəli olacaq

30.06.20 18:50 535
Nazirlik: Poliklinikalar koronavirusla mübarizəyə qoşulandan sonra xəstəxanaların işi daha səmərəli olacaq
"Koronavirusu simptomsuz və yüngül keçirən xəstələrin ev şəraitində müşahidə və müalicəsi ilkin səhiyyə xidməti, yəni poliklinikaların üzərinə qoyulur”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov bildirib.
Səhiyyə Nazirliyinin Aparat rəhbəri qeyd edib ki, ilkin səhiyyə xidməti yükün bir qismini üzərinə götürəndən sonra xəstəxanaların işinin daha səmərəli olacağı gözlənilir: "Bir çox vətəndaşlarımız koronavirusa yoluxanda bunu gizlədirlər. Koronavirus elə bir infeksiyadır ki, xəstənin vəziyyəti qısa zamanda dəyişə bilər. Bu xəstəliyin ağırlaşmalarını görmək istəmiriksə, poliklinikalara tez müraciət etməliyik”.
banner

Oxşar Xəbərlər