• cümə axşamı, 28 mart, 15:10
  • Baku Bakı 16°C

Nazirlik Bakıda ağacların qanunsuz kəsilməsi faktını aşkarlayıb

27.06.17 15:49 802
Nazirlik Bakıda ağacların qanunsuz kəsilməsi faktını aşkarlayıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt”inə Xətai rayonunun Neapol küçəsi ilə Nəsrəddin Tusi küçələrinin kəsişməsində yerləşən yaşıllıq sahəsində ağacların qanunsuz kəsilməsi ilə bağlı sözügedən ünvanda yaşayan Bayram Bədəlov tərəfindən şikayət daxil olub.
Nazirlikdən "Report”a verilən məlumata görə, şikayət ETSN-in əməkdaşları tərəfindən şikayətçinin iştirakı ilə dərhal yerində araşdırılıb.
Əraziyə keçirilən baxış zamanı müxtəlif diametrli yaşköküstə 32 ədəd eldar şamı və sərv cinsli ağacların qanunsuz kəsilməsi faktı aşkar olunub. Faktla bağlı akt tərtib edilərək toplanmış sənədlər tədbir görülməsi üçün Xətai rayon polis idarəsinə göndərilib.
Eyni zamanda, sözügedən ərazidə Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən yeni ağacların əkilməsi təmin olunub. Ərazi nazirliyin əməkdaşları tərəfindən nəzarətə götürülüb.
banner

Oxşar Xəbərlər