• cümə axşamı, 25 aprel, 05:34
  • Baku Bakı 19°C

Nazirlik amputasiya hallarında hansı əlillik dərəcələri təyin olunduğunu açıqlayıb

19.02.21 10:55 449
Nazirlik amputasiya hallarında hansı əlillik dərəcələri təyin olunduğunu açıqlayıb
Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də amputasiya hallarında hansı əlillik dərəcələrinin təyin olunduğu göstərilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyindənAPA-ya bildirilib ki, əsasnaməyə görə, aşağıdakı hallardaI dərəcə əlillik müddətsiz təyin edilir:
- iki ətrafın güdülü ("ətraflar” dedikdə ayaqlar və qollar, güdül dedikdə "amputasiya edilmiş, travmatik qopan hissə” başa düşülür);
- iki əlin hər birində baş barmaq daxil olmaqla üç barmağın olmaması və ya barmaqların funksional yararsız vəziyyətdə olması (işləməməsi);
- iki əlin baş barmaq istisna olmaqla dörd barmağının olmaması və ya barmaqların funksional yararsız vəziyyətdə olması (işləməməsi);
- hər iki əlin bilək oynağından amputasiyası.
II dərəcə əlillik müddətsiz təyin edilir:
- bir budun güdülü;
- bir əlin güdülü.
III dərəcə əlillik müddətsiz təyin edilir:
- bir əldə üç barmağın olmaması, ankilozu və ya kəskin kontrakturası (funksional yararsız vəziyyətdə olması);
- birinci və ikinci barmaqların müvafiq daraq sümükləri ilə birgə olmaması, hər iki əldə baş barmaqların və ya digər iki barmağın olmaması;
- baldırın güdülü, pəncənin (Piroqov üzrə və ya Şopar oynağından) amputasiyası, hər iki pəncənin (Şarp üzrə daraq sümüklərinin başı səviyyəsindən) amputasiyası (amputasiya dedikdə travmatik qopması).
banner

Oxşar Xəbərlər