• şənbə, 20 Aprel, 00:43
  • Baku Bakı 15°C

Nazirlər Kabinetindən bələdiyyələrə Qadağa

09.06.14 09:15 864
Nazirlər Kabinetindən bələdiyyələrə Qadağa
Azərbaycanda bələdiyyələr muxtariyyət elanı, rayon və şəhər inzibati ərazi tərkibindən çıxmaq məqsədi daşıyan layihələri ictimai dinləməyə və ictimai müzakirəyə çıxara bilməz.
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi Qaydası”nda əksini tapıb.
Bələdiyyələr Azərbaycan Konstitusiyası və qanunvericiliyi ilə bələdiyyələrin səlahiyyətinə aid edilməmiş məsələləri, bələdiyyələrin dövlət tərəfindən müəyyən edilmiş sərhədlərini dəyişdirmək məqsədi daşıyan layihələri də ictimai dinləməyə və ictimai müzakirəyə çıxa bilməz.
banner

Oxşar Xəbərlər