• çərşənbə, 24 Aprel, 12:45
  • Baku Bakı 27°C

Nazirlər Kabineti: Strateji yol xəritələrindəki tədbirlər qeyri-neft sektorunda ikirəqəmli artıma səbəb olacaq

26.04.17 14:30 2197
Nazirlər Kabineti: Strateji yol xəritələrindəki tədbirlər qeyri-neft sektorunda ikirəqəmli artıma səbəb olacaq
"Strateji yol xəritələrində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə qarşıdakı illərdə Azərbaycanda qeyri-neft sektorunda ikirəqəmli artım təmin ediləcək". "APA-Economics" xəbər verir ki, bunu "Sahibkarlar Günü"nə həsr olunmuş konfransda Nazirlər Kabinetinin İqtisadiyyat şöbəsinin müdiri Şahin Sadıqov deyib.
Onun sözlərinə görə, qeyri-neft sektorunun inkişafı hökumətin qarşısında duran əsas hədəflərdən biridir: "Əgər biz yaxın illərdə qeyri-neft sektorunun ikirəqəmli inkişafını təmin etsək, iqtisadiyyatın şaxələndirilməsinə nazil olsaq, Azərbaycan iqtisadiyyatının gələcəyi daha da gözəl olacaq".
banner

Oxşar Xəbərlər