• cümə, 19 Aprel, 14:34
  • Baku Bakı 25°C

Naziri İnam Kərimov Fransada görüşlər keçirib

04.10.19 12:15 709
Naziri İnam Kərimov Fransada görüşlər keçirib
Fransada səfərdə olan Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov Bordo şəhərinin meri Nikola Florian və Yeni-Akiten regionunun vitse-prezidenti Jan-Pyer Reno ilə görüşüb.
AZƏRTACxəbər verir ki, nazir İnam Kərimov görüşlərdə kənd təsərrüfatı sahəsində ölkəmizdə aparılan islahatlardan söz açıb, Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafına, kənd təsərrüfatı, xüsusilə də ərzaq təhlükəsizliyinin təmin olunmasına xüsusi önəm verdiyini diqqətə çatdırıb. Həmçinin iki ölkə arasında bu sahədə mövcud əməkdaşlıqdan danışıb.
Ölkəmizin kənd təsərrüfatı sahəsində Fransa ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirən nazir, Nikola Floryanı Azərbaycana səfərə dəvət edib.
Nikola Floryan Bordo-Bakı əməkdaşlığını yüksək qiymətləndirərək, onun daha da dərinləşdirilməsində maraqlı olduğunu söyləyib. Dəvəti qəbul edən Bordo şəhərinin meri qarşıdan gələn bələdiyyə seçkilərindən sonra ölkəmizə səfər edəcəyini bildirib.
Sonra nazir Yeni-Akiten regionunun vitse-prezidenti Jan-Pyer Reno regionun kənd təsərrüfatı haqqında ətraflı məlumat verib. Yeni Akiten regionunda əsasən ətlik istiqamətli iribuynuzlu cins heyvanların bəslənildiyini bildirib, üzümçülük və şərabçılığın inkişafından söz açıb.
Qeyd olunub ki, Bakı-Bordo şəhərləri 1979-cu ildən qardaşlaşıb. Hər iki şəhərin sakinlərinin bir-birini, eləcə də mədəniyyətlərini yaxından tanımasını təşviq etmək üçün əməkdaşlıq əlaqələri genişləndirilməlidir.
Nazir İnam Kərimov fransız şirkətlərini ölkəmizdə hər il keçirilən "CaspianAgro” beynəlxalq kənd təsərrüfatı sərgisində iştirak etməyə dəvət edib.
Bordoya səfəri çərçivəsində Kənd Təsərrüfatı naziri yerli şərab şirkətində də olub, üzümçülük və şərabçılıq sahələrinin inkişafına göstərilən dövlət dəstəyi ilə maraqlanıb.
banner

Oxşar Xəbərlər