• cümə, 19 Aprel, 01:10
  • Baku Bakı 18°C

Nazirdən kreditlərlə bağlı mühüm açıqlama - Video

30.03.20 22:19 690
Nazirdən kreditlərlə bağlı mühüm açıqlama - Video
"Cənab Prezidentin bizə verdiyi tapşırıq ondan ibarət idi ki, biz iqtisadiyyata dəstək proqramını 1 milyard manatla məhdudlaşmayaraq, daha geniş proqram şəklinə gətirə bilək".
"Qafqazinfo” xəbər verir ki, bu sözləri İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Nazir bildirib ki, bugünkü gündə 2 yeni təklif olunan proqram var:
"Bunlardan biri 1 milyard Azərbaycan manatı mövcud kredit portfelinə dəstək proqramıdır. Proqramın mahiyyəti ondan ibarətdir ki, bir sıra sahibkarların, müəssisələrin bank kreditləri var və bu bank kreditlərinin portfelinin keyfiyyətinin qorunub saxlanılması. Hazırda bu portfelin içərisində olan elementləri bank sektoru ilə - Mərkəzi Bankla, Azərbaycan Bank Assosiayasiyası, Sahibkarlar Konfederasiyası və digər subyektlərlə çalışacağıq. Ancaq əsas hədəf yəqin ki, biznes kreditləri olacaq. Ola bilsin ki, həmin proqram çərçivəsində müəyyən həcm istehlak kreditlərinin dəstəyinə aid olsun.
Bu proqramın mahiyyəti ondan ibarətdir ki dövlət bu proqram çərçivəsində xüsusi meyarlara cavab verən, mənfi təsirlərə məruz qalan sektorları əhatə edən, 9-10 mart tarixindən əvvəl götürülmüş, vaxtlı-vaxtında indiyədək xidmət olunan kreditlərə və qeyd etdiyim meyarlara cavab verən kreditlər portfelinə baxaraq onların faizlərin ödənilməsində yükü 10% dərəcəsinə qədər - 13-14% civarında ola bilər – biznes kreditlərinin dövlət tərəfindən Sahibkarlığa Yardım Milli Fondu vasitəsilə həmin faizlərin ödənilməsinə dəstək verməkdən söhbət gedir. Beləliklə, bu 1 milyard kredit portfelini sahibkarala dəstək proqramı kimi görürük".
banner

Oxşar Xəbərlər