• cümə axşamı, 18 aprel, 21:51
  • Baku Bakı 21°C

Nazir: "Yayda Bakıda və bölgələrdə hotellərin əksəriyyəti dolu olub”

22.09.17 14:10 1507
Nazir: "Yayda Bakıda və bölgələrdə hotellərin əksəriyyəti dolu olub”
"Bu gün Azərbaycanda turizm sektoru sürətlə inkişaf edir. Xarici ölkələrdən gələn turistlərin sayı artmaqdadır. Təkcə bir faktı qeyd etmək istəyirəm ki, bu ilin yay turizm mövsümündə həm paytaxt Bakıda, həm də bölgələrdə hotellərin əksəriyyəti dolu olub”.
APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziriƏbülfəs QarayevKürdəmirdə vətəndaşlarlagörüşü zamanı deyib. Nazir bildirib ki, turist axını artdığına görə, yeni turizm obyektlərinin açılması istiqamətində işlər aparılmalıdır : "Məndə olan məlumata görə, Kürdəmir rayonunda da bir neçə hotelin tikintisi aparılır”.
Bakıda və regionlarda kino nümayişinin həyata keçirilməsi işindən də danışan nazir əlavə edib ki, bu istiqamətdə görülən tədbirlər yerlərdə milli filmlərin daha geniş təbliğ olunmasına, eləcə də əhalinin asudə vaxtını səmərəli keçirməsinə xidmət edəcək.
Qeyd edək ki, qəbulda Kürdəmir, Beyləqan, İmişli,FüzulivəXocavəndrayonlarından vətəndaşlar iştirak edib.
banner

Oxşar Xəbərlər