• çərşənbə axşamı, 19 mart, 14:07
  • Baku Bakı 8°C

Nazir: "Vaksinasiya olunacaq müəllimlərin siyahısı hazırdır"

22.01.21 12:55 356
Nazir: "Vaksinasiya olunacaq müəllimlərin siyahısı hazırdır"
"Maska, sosial məsafə tələbinə əməl etməklə yanaşı, 50 yaşdan yuxarı müəllimlərin vaksinasiyası yaxşı olar”.
APA-nın məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.
O deyib ki, vaksinasiya olunacaq müəllimlərin sayı müəyyənləşib: "Bakı, Sumqayıt, Abşeronda 16698 nəfər, bölgələrdə 32657 nəfər müəllim 59 yaşdan yuxarıdır, onların vaksinasiya olmasını tövsiyə edirik. Özəl təhsil müəssisələri də Təhsil Nazirliyinin qəbul etdiyi qərarlara əmək etməlidir. Məktəblər açılandan sonra hər gün yoluxan şagird və müəllimlərin sayı ictimaiyyətə açıqlanacaq. Yoluxmaların əksəriyyəti evlərdə olur. Birinci mərhələdə şagirdlər arasında kütləvi yoluxma olmayıb, müəllimlər arasında 2 dəfə olmuşdu. Yuxarı sinif şagirdlərinin də fevralın 1-dən məktəbə qayıtmamasının əsas səbəbi də budur. Ona görə növbəti həftələrdə əyani tədrisin bərpası gözlənilir, amma hansı ardıcıllıqla olması pandemiya şərtlərindən asılıdır”.

banner

Oxşar Xəbərlər