• cümə, 29 Mart, 00:17
  • Baku Bakı 7°C

Nazir: "Turizmin inkişafı istiqamətində inadkar bir şəkildə irəliləyirik"

05.05.17 17:58 1180
Nazir: "Turizmin inkişafı istiqamətində inadkar bir şəkildə irəliləyirik"
"Ərəb körfəzi ölkələrindən Azərbaycana gələn turistlər çoxdur. Bizim ənənələrimiz, dinimiz birdir. Ərəblər burada özlərini çox rahat hiss edirlər. Lakin biz Avropadan, uzaq Şərqdən də turistlər gözləyirik”.

APA-nın xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəz Qarayev IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Daha yaxşı gələcəyin qurulması naminə turizmin transformativ gücündən istifadə: Müştərək məsuliyyət” mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan turizm baxımından gənc ölkədir: "Biz inadkar bir şəkildə turizmin inkişafı istiqamətində irəliləyirik. Biz Azərbaycana xas olan ənənəvi qonaqpərvərlik, gözəl təbiət, dözümlülük ənənələrindən istifadə edirik. Bununla belə, biz yeni hədəfləri araşdırmalıyıq ki, Azərbaycanı yeni bucaqlardan turizm dünyasında tanıdaq. Biz 25 ildir ki, müstəqilik. İşğala məruz qalmışıq və torpaqlarımızın 20 faizi işğal edilib. Bu səbəbdən biz turizmlə 2001-ci ildən ciddi məşğul olmağa başlamışıq”.

Ə. Qarayev qeyd edib ki, Azərbaycanda xüsusi turizm zonaları yaradılmamaqdadır.
banner

Oxşar Xəbərlər