• cümə axşamı, 25 aprel, 23:35
  • Baku Bakı 21°C

Nazir: "TAP İtaliya üçün böyük əhəmiyyət kəsb edir"

23.02.17 12:20 776
Nazir: "TAP İtaliya üçün böyük əhəmiyyət kəsb edir"
"Azərbaycan qazını Avropaya nəql edəcək Trans­Adriatik Boru Kəməri (TAP) layihəsi İtaliya üçün böyük əhəmiyyət kəsb edir". "APA-Economics" xəbər verir ki, bunu Bakıda səfərdə olan İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda bildirib.
O qeyd edib ki, İtaliya ərazisində TAP­ın icrası davam etdirilir: "Bu layihə bizim üçün prioritetdir. Belə böyük infrastruktur layihəsi həyata keçirilərkən həmişə yerli rəsmilərlə müəyyən müzakirələr aparılır. Layihənin icrası davam edir. TAP bizim üçün ən böyük enerji layihəsi hesab olunur".
Nazir əlavə edib ki, gələn həftədən etibarən TAP-ın tikintisi üçün ayrılan ərazidən zeytun ağaclarının köçürülməsinə başlanılacaq: "Artıq bunun üçün bütün hazırlıq işləri tamamlanıb".
banner

Oxşar Xəbərlər