• cümə axşamı, 28 mart, 13:59
  • Baku Bakı 16°C

Nazir: "Ruhaninin prezident seçilməsi ölkəyə investisiya axınını sürətləndirəcək"

26.05.17 15:00 1087
Nazir: "Ruhaninin prezident seçilməsi ölkəyə investisiya axınını sürətləndirəcək"
İran bu il bir sıra iri beynəlxalq neft şirkətləri, o cümlədən "Total" və "Lukoil" ilə müqavilələr imzalamaq niyyətindədir. "APA-Economics" xəbər verir ki, bu barədə "Reuters" agentliyinə müsahibəsində İranın neft naziri Bijan Zəngane deyib.
Onun sözlərinə görə, Həsən Ruhaninin ikinci müddətə prezident seçilməsi ölkə iqtisadiyyatına, xüsusilə neft sektoruna iri məbləğdə investisiyaların cəlbinə səbəb olacaq.
Nazirin sözlərinə görə, növbəti 5 il ərzində İran neft hasilatını təxminən 25% artıra bilər: "Biz buna beynəlxalq neft şirkətləri ilə birgə layihələr həyata keçirərək nail ola bilərik".
Yeni yataqların işlənməsi və hazırda istismarda olan yataqlarda hasilatın artırılması hesabına İran sutkalıq hasilatı 5 mln. barelə çatdıra bilər. Hazırda İranda sutkalıq hasilat 4 mln. barel səviyyəsindədir.
Bununla yanaşı, İran qaz kondensatının sutkalıq hasilatını hazırkı 600 min barel səviyyəsindən 1 mln. barelə çatdırmaq niyyətindədir.
"İranda keçirilən prezident seçkiləri prinsipial əhəmiyyət kəsb edirdi: İran xalqı bütün dünya ilə əməkdaşlığa və təmasa "hə" dedi. Ümid edirəm ki, seçkilərə müsbət reaksiya veriləcək... Xüsusilə, söhbət fövqəldövlətlərdən gedir. İndi İranla sanksiya dilində danışmağın vaxtı deyil", - deyə nazir qeyd edib.
B.Zəngane əlavə edib ki, "Total" və "Lukoil" ilə yanaşı, İran bu il Danimarkanın "Maersk" və İndoneziyanın "Pertamina" şirkətləri ilə də müqavilə imzalamağı planlaşdırır. O bildirib ki, bu şirkətlər Cənubi Azadegan, Yadaravan, Qərbi Karun və Əb-Teymur kimi ərazilərin işlənməsinə cəlb oluna bilər.
Bundan öncə B.Zənganenin müavini Əmirhüseyn ZamaniniyaAPA-yaaçıqlamasındabildirib ki, SOCAR İrandakı layihələrdə iştirak etmək üçün razılıq alıb.
banner

Oxşar Xəbərlər