• cümə axşamı, 28 mart, 18:11
  • Baku Bakı 13°C

Nazir: “Qeyri-formal məşğulluğun səviyyəsinin aşağı endirilməsi istiqamətində tədbirlər görülür”

15.11.17 11:10 624
Nazir: “Qeyri-formal məşğulluğun səviyyəsinin aşağı endirilməsi istiqamətində tədbirlər görülür”
"Məşğulluğun təmin olunmasında insanların özlərinə yaratdığı məşğulluq formaları da mühüm rol oynayır. Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da həmin formada həyata keçirilən məşğulluq, təəssüflər olsun ki, əksər hallarda qeydiyyatdan kənar fəaliyyət göstərir”.

"APA-Economics" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziriSəlim MüslümovYeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib. Onun sözlərinə görə, aparılan təhlillərin nəticələri göstərir ki, qeydiyyatdan kənar çalışanların böyük əksəriyyəti məhz bu formada məşğul olanlardır. "Onların qeydiyyata alınması isə böyük problemdir. Həmin problemin həlli üçün beynəlxalq səviyyədə həyata keçirilən tədbirlər, yəni beynəlxalq təcrübə öyrənilir. Hazırda qeyri-formal məşğulluğun səviyyəsinin aşağı endirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Çünki bu, ilk növbədə həmin formada çalışanların gələcək sosial təminat hüquqlarının sual altına düşməsinə səbəb olur. Bunu nəzərə alaraq pensiya təminatı sistemini dəyişdik, artıq tam sığorta prinsiplərinə əsaslanan pensiya təminatı sistemi fəaliyyət göstərir. Hər kəs qeydiyyata düşüb sosial sığorta haqqı ödəyirsə, bu, tam şəkildə onun fərdi hesabına köçürülür. Gələcək pensiya təminatı da məhz bundan asılıdır. Hazırda bu sahədə işlər davam etdirilir”, - deyə S.Müslümov vurğulayıb.

Nazir qeyd edib ki, Azərbaycan milli səviyyədə layiqli əməyi ümumi inkişaf kontekstində makroiqtisadi və əmək bazarı siyasətlərinin qarşılıqlı əlaqəsi əsasında əhalinin məşğulluq imkanlarının artırılması kimi görür: "Başqa sözlə, layiqli əməyin təmin edilməsini məhsuldar əməyə nail olunması, sabit və keyfiyyətli iş yerlərinin yaradılması, peşə təhsili sisteminin təkmilləşdirilməsi, işçi qüvvəsinin keyfiyyətinin artırılması, işsizlikdən sığorta və tibbi sığorta sistemlərinin tətbiqi, əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması, sosial dialoqun gücləndirilməsi tədbirləri vasitəsi ilə reallaşdırırıq. Bununla yanaşı, qeyri-formal məşğulluğun aradan qaldırılması, əmək bazarında kvalifikasiyaların iqtisadiyyatın artan tələbatına uyğunlaşdırılması, gender bərabərliyinin təmin olunması, əhalinin özünüməşğulluğunun inkişafı və s. məsələlərə xüsusi diqqət yetiririk.Bu siyasət ilk növbədə sosial müdafiə tədbirlərində əhatəliliyin və ünvanlılığın təmin edilməsinə, əmək və sosial təminat sahəsində sürətli, rahat və şəffaf dövlət xidmətlərinə geniş çıxış imkanlarının yaradılmasına, sosial xidmətlərin təqdim edilməsində innovativ texnologiyaların tətbiqinə və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə əsaslanır. Bütün bu məqsədlər gələcək illərdə Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətiliyinin artırılmasını və yüksək insan kapitalının inkişafını təmin edəcək "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” və sosialyönümlü dövlət proqramları çərçivəsində reallaşdırılır”.
banner

Oxşar Xəbərlər