• şənbə, 20 Aprel, 05:10
  • Baku Bakı 15°C

Nazir Natiq Əliyev: «Məqsədimiz neft hasilatını sabit saxlamaqdır»

21.02.14 14:17 1484
Nazir Natiq Əliyev: «Məqsədimiz neft hasilatını sabit saxlamaqdır»
Azərbaycanın 2014-cü il üçün enerji balansı artıq hazırlanıb. «APA-Economics»in məlumatına görə, bunu bu gün Xəzər-Avropa Klubunun təşkil etdiyi görüşdə jurnalistlərə açıqlamasında Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycanın neft sahəsində əsas məqsədi hasilatı stabil səviyyədə saxlamaqdır: «Düşünürəm ki, bu il üçün proqnoz stabil qalacaq və ölkədə 43 mln. tona kimi neft istehsal olunacaq».
Nazir bildirib ki, qaz hasilatında hələ ciddi sıçrayış yoxdur: «Lakin artıq böyük bir rəqəmə çatmışıq. Keçən il 29 mlrd. kubmetr qaz hasil olunub. Gələcəkdə bu göstəricinin artacağı gözlənilir. Çalışacağıq ki, yaxın 2-3 ildə bu rəqəmi stabil olaraq saxlayaq».
banner

Oxşar Xəbərlər