• çərşənbə axşamı, 16 aprel, 16:11
  • Baku Bakı 19°C

Nazir müşaviri: “Şirkətlərin xərclərini süni şəkildə artırması halları aradan qaldırılacaq”

16.11.16 13:17 1176
Nazir müşaviri: “Şirkətlərin xərclərini süni şəkildə artırması halları aradan qaldırılacaq”
Şirkətlərin xərclərini süni şəkildə artırması hallarını aradan qaldırmaq məqsədilə qanunvericilik bazası yaradılacaq.
"APA-Economics”in məlumatına görə, bu barədə vergilər nazirinin müşaviri Riyad Hüseynov məlumat verib. Onun sözlərinə görə, bu, dövlət başçısının "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” sərəncamında nəzərdə tutulub. R.Hüseynov qeyd edib ki, şirkətlərin gəlir və xərclərinin düzgün müəyyən edilməsi üçün ölkə hüdudlarından kənarda, o cümlədən vergi sığınacağı hesab olunan dövlətlərdə və ya ərazilərdə (offşor zonalarda) təsis edilmiş şəxslər tərəfindən həyata keçirilən əməliyyatlar üzrə əldə edilən gəlirlərin transfer qiymətləri tətbiq olunmaqla vergiyə cəlb edilməsi üçün qanunvericiliyə dəyişiklik olunacaq.
"Bundan başqa, Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlərin inzibatçılığı qaydalarının sadələşdirilməsi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Qlobal Forumu çərçivəsində vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə yüksək beynəlxalq reytinqin əldə edilməsi və bu reytinqi daimi saxlamaq məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi, ölkə hüdudlarından kənarda əldə edilmiş gəlirlərin vergiyə cəlb olunmasında şəffaflığı təmin etmək və səmərəli vergi nəzarəti həyata keçirmək üçün digər dövlətlər arasında maliyyə məlumatlarının avtomatik mübadiləsi məqsədilə hökumətlərarası müqavilələrin bağlanması və s. kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub”, - deyə vergilər nazirinin müşaviri vurğulayıb.
banner

Oxşar Xəbərlər