AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Nazir müşaviri:

Nazir müşaviri: "İlkin komplektləşdirmə tamamlandıqdan sonra yeni şagirdlərin qeydiyyatına davam ediləcək"

Cəmiyyət
03 Aprel 2020, 18:18 340
"Yalnız bir gün ərzində "Virtual məktəb” portalında 36 min şagird qeydiyyatdan keçib. Bu sevindirici haldır. Hazırda bu şagirdlər portalda ev tapşırıqları ilə tanış ola və video dərslərə baxa, müxtəlif məktəblərdən olan həmyaşıdları ilə video bağlantı qura və onlayn müzakirələr apara bilirlər. Qeydiyyatdan keçmiş şagirdlər həm virtual.edu.az, həm də teams.microsoft.com saytları üzərindən öz hesablarına daxil ola bilərlər".
 
Bu barədə təhsil nazirinin müşaviri Elnur Məmmədov "Facebook" profilində yazıb. 
 
O qeyd edib ki, qeydiyyatdan keçmiş şagirdlərin siniflər, tapşırıqlar və digər virtual funksiyalar üzrə sistem tərəfindən ilkin komplektləşdirilməsi aparılır. Müşavirin sözlərinə görə, ilkin komplektləşdirmə tamamlandıqdan sonra yeni şagirdlərin qeydiyyatına davam ediləcək: "Bir qayda olaraq buna bir neçə saat vaxt tələb olunur. Elektron məktəb seçimindən fərqli olaraq, "Virtual məktəbə” qeydiyyatda birincilik şagirdə hər hansı bir üstünlük vermir. "Virtual məktəbə” qoşulmaq istəyən hər bir şagirdin qeydiyyatı komplektləşdirmələr aparılmaqla həyata keçiriləcək".
 
Alpər TURAN