• çərşənbə axşamı, 23 aprel, 21:01
  • Baku Bakı 20°C

Nazir müavinlərinin sayı artırıldı

21.02.14 08:47 1239
Nazir müavinlərinin sayı artırıldı
İqtisadiyyat və sənaye nazirinə müvafiq dövlət orqanı ilə birgə təklif əsasında Azərbaycan prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının xarici dövlətlərdəki diplomatik nümayəndəlikləri və beynəlxalq təşkilatlardakı iqtisadi-ticarət nümayəndələrini vəzifəyə təyin və vəzifədən azad etmək səlahiyyəti verilib.
APA-nın verdiyi məlumata görə, bu, dünən prezident İlham Əliyevin təsdiqlədiyi İqtisadiyyat və Sənaye Nazirliyi haqqında Əsasnamədə əksini tapıb.
İqtisadiyyat və Sənaye Nazirliyi xarici dövlətlərdəki diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatlardakı iqtisadi-ticarət nümayəndəsinin maliyyə təminatını da həyata keçirəcək. Əsasnaməyə əsasən, iqtisadiyyat və sənaye nazirinin müavinlərinin də sayı artırılaraq 5-ə çatdırılıb. Hazırda iqtisadiyyat və sənaye nazirinin 3 müavini var.
banner

Oxşar Xəbərlər