• cümə axşamı, 25 aprel, 04:08
  • Baku Bakı 19°C

Nazir müavinləri yanğın baş verən əraziyə gəlib - Video

11.06.20 15:07 707
Nazir müavinləri yanğın baş verən əraziyə gəlib - Video
Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanması barədə məlumat daxil olub.
FHN-dənAPA-ya verilən məlumata görə, yanğının söndürülməsi üçün dərhal əraziyə Nazirliyin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.
Hazırda nazir müavinləri general-leytenant Etibar Mirzəyev və Tapdıq Əmiraslanov, habelə nazirliyin digər aidiyyəti vəzifəli şəxsləri ərazidədirlər.
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
banner

Oxşar Xəbərlər