• şənbə, 20 Aprel, 06:20
  • Baku Bakı 14°C

Nazir müavini: “Ötən il yeni 25 e-xidmət, o cümlədən 15 e-arayış xidmət istifadəyə verilib”

18.01.21 12:07 350
Nazir müavini: “Ötən il yeni 25 e-xidmət, o cümlədən 15 e-arayış xidmət istifadəyə verilib”
"Ötən il yeni 25 e-xidmət, o cümlədən 15 e-arayış xidmət istifadəyə verilib”.
APA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ötən il sosial sahədə görülən işlərə və 2021-ci ilin sosial hədəflərinə dair keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 95 min pensiya, müavinət və təqaüd təyinatı (cəmi 127 min) e-təyinat vasitəsilə olub. Nazirlik üzrə e-xidmətlərin sayı 61-ə, proaktiv xidmətlərin sayı 34-ə çatıb.

"Çalışırıq müharibədən sonra xüsusilə Prezident təqaüdləri, Mili Qəhrəmanlar üçün təqaüdlər, şəhid ailələri üçün təyinatlar proaktiv qaydada təmin edilsin”, - deyə Anar Kərimov əlavə edib.
banner

Oxşar Xəbərlər