Nazir müavini: “Şopinq festivalı təkcə iqtisadi uğur kimi yox, mədəni nailiyyət kimi də yadda qaldı”
"Bakı Şopinq festivalının son günlərində banklarda nisbətən sıxlıq yaranmışdı. Növbəti festivalda isə bütün bu işlər nəzərə alınacaq”.
APA-nın məlumatına görə, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. Onun sözlərinə görə, festivala qoşulan ticarət obyektlərinin sayı genişlənməlidir:
"Bəzi ticarət obyektləri tərəddüd edirdilər. Amma festivalın sonlarına yaxın uğurlu nəticə bu tərəddüdü aradan qaldırdı. Eyni zamanda gələcəkdə alıcılar vəsaitlərini xüsusi şifrələrlə bankomatlardan da çıxara biləcəklər. Bu da sıxlığı aradan qaldıracaq. Şopinq festivalı təkcə iqtisadi uğur kimi yox, mədəni nailiyyət kimi də yadda qaldı”.