• cümə, 29 Mart, 14:24
  • Baku Bakı 14°C

Nazir müavini: "Gələn il tədiyyə balansı üzrə müsbət saldo 1,4 mlrd. dollar olacaq"

07.11.17 13:40 924
Nazir müavini: "Gələn il tədiyyə balansı üzrə müsbət saldo 1,4 mlrd. dollar olacaq"
"2018-ci ildə qeyri-neft sektorunda 2,9%, növbəti illərdə isə orta hesabla 3%-dən yuxarı artım proqnozlaşdırılır".
"APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.
Onun sözlərinə görə, gələn il hasilatın azalması nəticəsində neft sektorunun 1% azalacağı, "Şahdəniz-2" layihəsinin işə düşməsi qaz hasilatının artması ilə nəticələnəcək və növbəti illərdə orta hesabla neft-qaz sektorunun 5%-ə yaxın artacağı proqnozlaşdırılır.
"Bununla yanaşı, Azəri-Çıraq-Günəşli yataqları üzrə yeni müqavilənin imzalanması ölkə iqtisadiyyatının inkişafına təkan verəcək. Neft sektorunun azaldıcı, qeyri-neft sektorunun artırıcı təsirləri nəzərə alınmaqla, 2018-ci ildə ÜDM 1,5%, növbəti illərdə isə 3,5% artacağı proqnozlaşdırılır. Cari ildəki kimi, növbəti ildə də tədiyyə balansı müsbət olacaq. Gələn il tədiyyə balansı üzrə müsbət saldonun bu ildəkindən də yüksək, yəni 1,4 mlrd. dollar olacağını gözləyirik. Neft-qaz layihələrinin reallaşması nəticəsində növbəti illərdə bunun daha da artacağı proqnozlaşdırılır", - deyə nazir müavini vurğulayıb.
banner

Oxşar Xəbərlər