• cümə axşamı, 28 mart, 12:41
  • Baku Bakı 16°C

Nazir müavini: “Gələn il Sumqayıt Kimya Sənaye parkında 3 müəssisə fəaliyyətə başlayacaq”

25.05.17 14:20 1024
Nazir müavini: “Gələn il Sumqayıt Kimya Sənaye parkında 3 müəssisə fəaliyyətə başlayacaq”
"Sumqayıt Kimya Sənaye parkında bu il 4, gələn il isə 3 müəssisə fəaliyyətə başlayacaq”.
"APA-Economics”in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabatın müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib. Onun sözlərinə görə, bu müəssisələrdə 800-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur.
"Ötən il Sumqayıt Kimya Sənaye parkında "Azərtexnolayn” zavodu fəaliyyətə başlayıb. Zavod istehsal etdiyi məhsulun 56%-ni artıq ixrac edib. Balaxanı Sənaye Parkında 22 milyon manat investisiya ilə tullantıların təkrar emalı ilə bağlı 5 müəssisəlinin fəaliyyətə başlaması və bu müəssisələrdə 400-ə yaxın yeni iş yerinin açılması planlaşdırılır”, - deyə nazir müavini vurğulayıb.
banner

Oxşar Xəbərlər