• cümə, 29 Mart, 01:54
  • Baku Bakı 7°C

Nazir müavini: “Ermənilər vaxtaşırı musiqi alətlərimizi özününküləşdirməyə cəhd edir”

04.04.17 11:50 804
Nazir müavini: “Ermənilər vaxtaşırı musiqi alətlərimizi özününküləşdirməyə cəhd edir”
"Ermənilər vaxtaşırı musiqi alətlərimizi özününküləşdirməyə, milliləşdirməyə, erməni musiqi alətinə çevirməyə cəhd ediblər”.
APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm nazirinin müavini Ədalət VəliyevStandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsiilə birgə keçirilən "Azərbaycanın milli musiqi alətləri: Keçmişimiz, bu günümüz” mövzusunda elmi-praktik konfransda deyib. Nazir müavini bildirib ki, ermənilərin hücumları təkcə musiqi alətlərinə olmayıb: "Bu hücum cəhdləri, vandallıq təkcə musiqi alətlərinə yox, zaman-zaman bizim kulinariyamıza və ümumən mənəvi dəyərlərimizə olub. Sirr deyil ki, bu gün də bu proses davam edir".
Ə. Vəliyev qeyd edib ki,Mədəniyyət və Turizm Nazirliyivə digər əlaqələri dövlət qurumları bu istiqamətdə lazımi addımları atır və proses bundan sonra da davam etdiriləcək.
banner

Oxşar Xəbərlər