• cümə, 19 Aprel, 11:41
  • Baku Bakı 13°C

Nazir müavini: "Azərbaycan əhalisinin 87%-i internet istifadəçisidir"

12.04.17 13:50 826
Nazir müavini: "Azərbaycan əhalisinin 87%-i internet istifadəçisidir"
"Bu gün Azərbaycan əhalisinin 87%-i internet istifadəçisidir". "APA-Economics" xəbər verir ki, bunu "Caspian Energy Forum-2017"-də çıxışı zamanı nəqliyyat, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.
Onun sözlərinə görə, əhalinin 72%-i genişzolaqlı internetin imkanlarından yararlanır. "Bu gün ölkəmiz mobil telefon istifadəçilərinin sayına görə dünya ölkələri arasında lider sıralardadır və bu rəqəm 100%-i ötür", - deyə nazir müavini əlavə edib.
E. Vəlizadə qeyd edib ki, ölkəmizdə informasiya texnologiyalarından istifadə əlçatandır: "Ölkədə startapların yaradılması bunun bariz nümunəsidir. Qurulan texnoparklar da bu sahənin nə qədər inkişaf etdiyini göstərir. Artıq texnoparkın ilk rezidentləri də məlumdur və bu sahədə işlər davam etdirilir. Ölkəmiz bütün informasiya və texnologiya layihələrinə açıqdır".
TASİM layihəsindən söz açan nazir müavini bildirib ki, təmsil etdiyi qurum bu layihəyə Azərbaycan şirkətlərinin cəlb olunmasında da maraqlıdır.
banner

Oxşar Xəbərlər