
Nazir: "Məktəblərdə internetin vəziyyətinin yaxşılaşdırılması ilə bağlı müzakirələr gedir"
Cəmiyyət
22 Yanvar 2021, 13:35
162
"Məktəblərdə internetin vəziyyətinin, təhsil və internet arasında olan əlaqənin yaxşılaşması ilə bağlı hazırda müəyyən müzakirələr gedir və inanıram ki, ilin sonuna daha yaxşı vəziyyətdə olacağıq”.
APA-nın məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinqdə Təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, nazirlik müəllimlərin işə qəbul imtahanlarının yalnız Bakıda deyil, bölgələrdə keçirilməsi təcrübəsindən faydalanmaq istəyir: "Düşünürük ki, bu, yaxşı təcrübə idi. Hamını birlikdə Bakıya yığmaqdansa, müxtəlif bölgələrdə mərkəzlərin olması, imtahanların bu şəraitdə keçirilməsi yaxşıdır”.
Digər xəbərlər