• cümə axşamı, 18 aprel, 22:55
  • Baku Bakı 21°C

Nazir: "Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdə davam edir"

21.10.20 09:51 431
Nazir: "Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdə davam edir"
Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın Macarıstan tərəfindən həmsədri, Macarıstanın Xarici İşlər və Ticarət naziriPeter Siyyarto Komissiyanın Azərbaycan tərəfindən həmsədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə məktub ünvanlayıb.
NazirlikdənAPA-ya verilən xəbərə görə, məktubda bildirilir ki, Macarıstan Azərbaycan Respublikasının beynəlxalqsəviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və suverenliyinidəstəkləməkdə davam edir və hər cür təcavüzü qınayır. Buna görə də münaqişənin de-eskalasiyasına və ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həllinə çağırır.
Peter Siyyarto ikitərəfli iqtisadi və ticarət əməkdaşlığının gələcək inkişafı ilə bağlıməsələlərin müzakirəsi üçün tezliklə görüşlərin keçiriləcəyinə də ümidvar olduğunuyazıb.

banner

Oxşar Xəbərlər