• şənbə, 20 Aprel, 10:42
  • Baku Bakı 14°C

Nazir: "İslam Oyunlarının açılış mərasimində müsəlman dünyasının tarixi ilə bağlı məqamlar əksini tapacaq"

10.05.17 15:20 1269
Nazir: "İslam Oyunlarının açılış mərasimində müsəlman dünyasının tarixi ilə bağlı məqamlar əksini tapacaq"
"Sözsüz ki, böyük tədbirlər, idman yarışları zamanı açılış mərasiminin xüsusi yeri var. IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi də çox gözəl olacaq".
BunuAPA-ya açıqlamasında gənclər və idman naziriAzad Rəhimovdeyib. O bildirib ki, I Avropa Oyunlarının açılış mərasimi ilə müqayisədə İslamiadanın açılış mərasimi bir qədər fərqli olacaq: "Şərq, müsəlman dünyası üçün əsas məqamlar, tarixi hadisələr IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində öz əksini tapacaq. Bir məsələni də qeyd edim ki, açılış mərasimindən sonra bütün idman yarışlarına biletlərin satışı yüksəlir".
Qeyd edək ki, İslamiadanın açılış mərasimi mayın 12-də Bakıda keçiriləcək.
banner

Oxşar Xəbərlər