• çərşənbə axşamı, 23 aprel, 13:01
  • Baku Bakı 24°C

Nazir: “İki ticarət festivalının keçirilməsi 50 milyona yaxın gəlir gətirə bilər”

16.03.17 13:45 784
Nazir: “İki ticarət festivalının keçirilməsi 50 milyona yaxın gəlir gətirə bilər”
”Ticarət festivalının xərcləriniMədəniyyət və Turizm Nazirliyiçəkir. Gəlirlər isə nazirliyə gəlməyəcək”.
APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziriƏbülfəs Qarayevdeyib. O bildirib ki, hesablamalara əsasən iki ticarət festivalının keçirilməsi Azərbaycan büdcəsinə 50 milyon manata qədər əlavə vəsait gətirmək iqtidarındadır: "Ümumi xərclər isə bu günə kimi 500 min manatı keçməyib. Əsas xərclər reklama, loqolara xərclənib. Rusiya bazarında, ərəb ölkələrində, ölkəmizdə media bazarında təbliğat işləri getməlidir. Sözsüz ki, bunlar hamısı pulsuz deyil. Rəqəmlər münasibdir. Bir milyon xərcləyib, büdcəyə 50 milyon daxil edə biliriksə, deməli, bu işi görməyə dəyər”.
banner

Oxşar Xəbərlər