Nazir Hüseyn Bağırov Kürdəmir şəhərində vətəndaşları qəbul edib
Ekologiya və
Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 23 fevral 2017-ci il tarixində
Kürdəmir
şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Kürdəmir, Şamaxı, Ağsu, Qobustan,
Göyçay və Ucar rayonlarında yaşayan vətəndaşları
qəbul edib.
Görüşdə
ətraf mühitin mühafizəsi,
meşələrin qorunması, biomüxtəliflik,hidrometeorologiya,
ətraf mühitin monitorinqi və
s.
məsələlərləbağlı
40-a yaxın vətəndaşın
şikayət və təklifləri dinlənilib,
müraciətlərinə
baxılıb.
Nazir qəbula yazılmış
vətəndaşların müraciət,
şikayət və təkliflərini diqqətlə
dinləyərək onların aradan qaldırılması,
hər bir müraciətin operativ şəkildə
araşdırılması,
qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində
nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə
konkret tapşırıqlar verib.
Görüş zamanı müraciətlərin bir hissəsi elə yerindəcə öz həllini tapıb, nazirliyinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq
qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.