• cümə axşamı, 28 mart, 13:49
  • Baku Bakı 16°C

Nazir: "Hasilatın azaldılması ilə bağlı yeni razılaşmanın neftin qiymətinə təsiri qısamüddətlidir"

03.06.17 14:46 1366
Nazir: "Hasilatın azaldılması ilə bağlı yeni razılaşmanın neftin qiymətinə təsiri qısamüddətlidir"
Neft hasilatının azaldılmasına dair razılaşmanın müddətinin uzadılması ehtiyatların azalmasına və "qara qızıl"ın qiymətinə dəstək verməyə davam edəcək. "APA-Economics" "Interfax" agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin bildirib.
"Hazırda biz görürük ki, neftə tələbat artmaqdadır. Eyni zamanda, biz ehtiyatların azalmasının şahidi oluruq. Uzunmüddətli perspektivdə qiymətlərin stabilləşməsini müşahidə etmək olarmı? Yox. 2-3 il öncəyə istehsalçıların hecləşdirilməsi ilə məşğul olan banklar üzərinə ciddi risk götürür. Mən onların yerində olsaydım, bir qədər ehtiyatlı davranardım, çünki onlar bir dəfə ciddi zərər görüb. Başqa sözlə, razılaşmanın neftin qimyətlərinə təsiri qısamüddətli perspektiv üçündür", - deyə nazir qeyd edib.
M.Oreşkin əlavə edib ki, Rusiya iqtisadiyyatı üçün neftin qiymətinin hansı səviyyədə olmasının fərqi yoxdur: "Biz makroiqtisadi siyasətimizi neftin 40 dollarlıq baza qiyməti üzərində qurmuşuq".
banner

Oxşar Xəbərlər